Bank Of Baku

Azərbaycan prezidenti UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordenini təqdim edib - YENİLƏNİB

Azərbaycan prezidenti UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordenini təqdim edib - <span style="color: red;">YENİLƏNİB
# 15 mart 2018 14:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ELPIDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirib.

 

Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edib və ordeni ona təqdim edib.

 

M. Vardinoyannis bu mükafatın verilməsinin onda böyük qürur hissi doğurduğunu bildirib. “Dostluq” ordeninə görə dövlət başçısına minnətdarlığını bildirən Marianna Vardinoyannis prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərinin böyük maraqla izlənildiyini deyib. O, Mehriban Əliyevanın beynəlxalq layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib.

 

*** 17.18

 

Azərbaycan prezidenti İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Görüşdə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR