Bank Of Baku

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" konserti təşkil edilib - FOTOSESSİYA

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" konserti təşkil edilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyun 2018 09:31 (UTC +04:00)

Koreyanın Azərbaycandakı  səfirliyi tərəfindən  Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" konserti təşkil edilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı səfiri  Kim Çanq Qyu Azərbaycanın üzləşdiyi çətinliklərə qalib gələrək sülh və tərəqqiyə nail olduğunu  söyləyib.

 

Koreya səfiri deyib ki, burda koreyalı, azərbaycanlı ifaçılar caz musiqisi və rəqslər nümayiş etdirəcək, Koreyanın milli və saray musiqisinin ən yaxşı nümunələri caz musiqisi ilə sintez şəkildə təqdim ediləcək. Azərbaycana ilk dəfə səfər edən Koreya Xarici İşlər Nazirliyinin mədəniyyət işləri üzrə baş direktoru Hong Seok  hər iki ölkənin Altay dil qrupuna aid olduğunu nəzərə çatdırıb: "Mədəni və emosional oxşarlıqlarımız da çoxdur. İkitərəfli  əlaqələrimiz 1992-ci ildən inkişaf edir. Daha da önəmlisi odur ki, son dövrlərdə vətəndaşlarımız bir-birini tanımaq üçün könüllü mübadiləyə başlayıblar. Hər il daha çox koreyalı Azərbaycanın qeyri-adi təbiətini  görmək  üçün ölkənizə səfərlər edir. Koreya mədəniyyəti ilə maraqlanan azərbaycanlıların da sayı artmaqdadır.  Gələcəkdə Azərbaycana səfər edəcək koreyalıların sayının artacağına əminəm. Mənə elə gəlir ki, bundan sonra cənab səfirin işi  daha da ağırlaşacaq".

 

Koreya XİN rəsmisi deyib ki, Azərbaycanda "Könülün yolu ən qısa yoldur" kimi ifadə var: "İnanıram ki, bu konsert bu yolun açılmasına şərait yaradacaq. İndiki kimi ürək açıqlığı ilə əməkdaşlığa davam edəcəyimiz təqdirdə Azərbaycanla Koreyanın iki ən yaxın dost ölkə olacağına inanıram".

 

Azərbaycan Xarici İşlər Nazirliyinin  xüsusi tapşırıqlar  üzrə səfiri Azər Hüseyn də çıxışında  Koreya və Azərbaycan arasında  diplomatik münasibətlərin tarixindən danışıb, hazırda bir çox sahələrdə əməkdaşlığın davam etdiyini bildirib: "Keçirilən tədbirlər ikitərəfli əlaqələrin  inkişafına  böyük təkan verir. Ölkələrimiz arasında  beynəlxalq,  regional təşkilatlar çərçivəsində əməkdaşlıq mövcuddur. Koreya  Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımızın daha da inkişafı istiqamətində  məqsədyönlü fəaliyyət göstəriləcək".

 

Konsert musiqi və rəqs nümayişləri ilə davam etdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR