Bank Of Baku

Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini Çili prezidentinə təqdim edib

Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini Çili prezidentinə təqdim edib
# 14 iyun 2017 07:49 (UTC +04:00)

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının prezidenti xanım Mişel Baçeletə təqdim edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, R.Aslanov ölkəmiz haqqında Mişel Baçeletə ətraflı məlumat verib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək, Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini vurğulayıb.

 

Görüşdə Azərbaycan və Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR