Bank Of Baku

Azərbaycanın dövlət başçısı Mali prezidentinə məktub göndərib

Azərbaycanın dövlət başçısı Mali prezidentinə məktub göndərib
# 21 sentyabr 2017 16:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Mali Respublikasının prezidenti İbrahim Bubakar Keytanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR