Prezident İlham Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulunun vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən, Pərviz Cəfər oğlu İsmayılzadə Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.