Bank Of Baku

Səfir: "İtaliya Azərbaycanı etibarlı tərəfdaş hesab edir"

Səfir: "İtaliya Azərbaycanı etibarlı tərəfdaş hesab edir"
# 01 iyun 2018 19:23 (UTC +04:00)

İtaliya Respublikasının yaranmasının 72-ci ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilib. 

 

APA-nın xəbərinə görə, tədbirdə xarici diplomatik nümayəndəliklər, Azərbaycan hökumətinin rəsmi nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.

 

Tədbirdə çıxış edən İtaliya səfiri Auqusto Massari bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyinin  qeyd edildiyini xatırladıb və qeyd edib ki,  hər iki ölkənin  milli günlərinin tarix baxımından bir-birinə  yaxın olması ölkələrimiz arasında olan dostluğun  simvolik nümunəsidir.

 

Səfir deyib ki,  ölkələr arasında olan yüksək səviyyəli ikitərəfli siyasi əlaqələr də  yaxınlıq və dostluğun göstəricisidir: "Ticari baxımından İtaliya uzun illərdir Azərbaycanın birinci tərəfdaşıdır. 2018-ci ilin ilk beş ayının göstəricisi bunu təsdiq edir. Mən və İtaliya  xalqı Azərbaycanda İtaliya mədəniyyəti, kinosu, dili, memarlığına sevginin hər gün şahidi oluruq. Ölkələr arasında gediş-gəliş 2017-ci ildə ciddi şəkildə artıb, 2018-ci ilin ilk beş ayında da artım müşahidə  edilib. İtaliyada  təhsil alan azərbaycanlı  tələbələrin  sayı digər Avropa ölkələrindən  daha yüksəkdir.  Öz növbəsində, İtaliya Azərbaycanda dini,  mədəni etnik qrupların birgə yaşayışına heyrətlə baxır. Bu gün burada İtaliya  xarici işlər  və Beynəlxalq əməkdaşlıq nazirliyindən aldığımız AXC-yə dair o dövrlərdəki yazışmalar, sənədlər nümayiş olunacaq.  Bu, yalnız keçmişdə qalan dostluq deyil, gələcəyə sərmayə qoyan dostluqdur".

 

Səfir əlavə edib ki, İtaliya və Azərbaycan arasında mövcud olan bir əsrlik  dostluq  daha da möhkəmləndirilməlidir: "İtaliya enerji təhlükəsizliyi, terror, radikalizm və  ekstremizmlə mübarizədə Azərbaycanı özünə etibarlı tərəfdaş hesab edir. Dostluğumuzun möhkəmliyi Dağlıq  Qarabağ münaqişəsinin həllində İtaliyanın mövqeyində də öz əksini tapır.  ATƏT-in Minsk qrupu vasitəçiliyi ilə münaqişənin həlli yolu tapılmasını arzu edirik".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR