Bank Of Baku

Bakıda Norveçin Konstitusiya Günü qeyd edilib

Bakıda Norveçin Konstitusiya Günü qeyd edilib
# 18 may 2018 09:45 (UTC +04:00)

Norveç Krallığının Azərbaycandakı səfirliyi ölkənin Konstitusiya Günü münasibətilə Bakıda təntənəli mərasim keçirib. 

 

APA-nın məlumatına görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bununla bağlı konsert və ziyafət verilib. Tədbirdə səfirlər, Azərbaycanın dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen ölkəsinin Konstitusiyasınınn 204 yaşı olduğunu bildirərək  bu gün müasir Norveçin tolerant, bərabərliyin təmsil olunduğu bir ölkə olduğunu vurğulayıb: "Müasir Norveç iqtisadi inkişafa nail olmuş firavan ölkədir. Bu ənənələrin qorunması,  inkişaf etdirilməsi bizim vəzifəmizdir".

 

Bu gün eyni  zamanda Azərbaycanla dostluğun da qeyd edildiyini söyləyən səfir deyib ki, bu dostluq siyasi müstəvidə əməkdaşlıq, enerji maraqları, Norveç-Azərbaycan vətəndaş cəmiyyətləri arasında yaxın əlaqələri daha da gücləndirir: "Bu illər ərzində  çoxlu sayda norveçli Azərbaycanda yaşayıb və yaşayır. Norveç Dağıq Qarabağ münaqişəsi  məsələsində Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyir". 

 

Tədbirdə iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında əvvəlcə Norveç xalqını Konstitusiya günü münasibətilə Azərbaycan hökuməti adından  təbrik edib. Onun sözlərinə görə, ötən 26 il ərzində Azərbaycan-Norveç münasibətləri bir çox istiqamətlərdə uğurla inkişaf edib: "1992-ci ildən əsası qoyulmuş ikitərəfli diplomatik əlaqələr həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, reallaşdırılan  layihələrlə daha da möhkəmlənib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Norveç Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görtür". 

 

Nazir Azərbaycana sərmaye qoyan ilk xarici  neft  şirkətlərindən biri kimi "Statoil" şirkətinin ölkədə uzunmüddətli fəaliyyətinin enerji  əməkdaşlığına böyük töhfə verdiyini diqqətə çatdırıb: "Düşünürəm ki, Xəzərin Azərbaycan sektorunda  "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun 2050-ci ilədək işlənməsi üzrə müqaviləni "Statoil" şirkətinin imzalaması Azərbaycan-Norveç münasibətlərinin uzunmüddətli inkişafı  üçün  yeni imkanlar yaradacaq. Norveçin "Statoil " şirkətinin timsalında ölkəmizin prioritetlərindən biri də yeni yataqların işlənməsi və kəşfiyyat imkanlarını aşkarlamaq, bunlardan bəhrələnməyə çalışmaqdır. "Qarabağ", "Əşrəfi", "Dan Ulduzu" yataqlarının kəşfiyyatı  istiqamətində  görülən işlər bu prioritetə cavab verməklə yanaşı , ölkələrimiz  arasında  enerji əməkdaşlığında yeni səhifə açır". 

 

Nazir çıxışının sonunda  iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafı  üçün böyük  potensial olduğunu deyib və Azərbaycanla Norveç  arasında  qarşılıqlı  faydalı əməkdaşlığın  gələcəkdə həm enerji, həm də digər sahələrdə inkişaf  edəcəyinə  ümidvar olduğunu dilə gətirib. 

 

Tədbir konsert proqramı ilə davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR