Bank Of Baku

Belçika səfiri Gəncəyə səfər edib

Belçika səfiri Gəncəyə səfər edib
# 24 aprel 2017 13:45 (UTC +04:00)

Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Gəncə şəhərinə səfər edib.

 

APA-nın məlumatına görə, səfər çərçivəsində diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
 

E. Vəliyev qonağa Gəncədə dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb. Səfirə Gəncə Avtomobil Zavodu, Gəncə Alüminium Zavodu və Gəncə Şərab Zavodu haqqında məlumat verən Elmar Vəliyev qeyd edib ki, “Süni Mərmər və Qranit İstehsalı” və “Kərpiç” zavodlarında hazırda tikinti işləri davam edir.
 

B. Skufs isə xüsusi vurğulayıb ki, Belçika-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
 

Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR