Bank Of Baku

BP-nin baş icraçı direktoru Azərbaycan prezidentini təbrik edib

BP-nin baş icraçı direktoru Azərbaycan prezidentini təbrik edib
# 17 aprel 2018 17:45 (UTC +04:00)

BP şirkətinin baş icraçı direktoru Robert Dadli İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, təbrikdə deyilir:

 

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi BP şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını arzulayıram. Müasir müstəqil Azərbaycan çox qısa bir müddət ərzində özünü regionun güclü dövlətlərindən birinə çevirə bilib. BP şirkəti olaraq biz Azərbaycanın dünyanın aparıcı neft və qaz istehsal edən ölkələrindən birinə çevrilməsinə göstərdiyimiz dəstəyə görə iftixar hissi duyuruq. Ölkənizlə olan bu tərəfdaşlığımızı gələcəkdə də uzun müddət davam etdirmək arzusundayıq. Sizə ən yüksək ehtiramımı bildirirəm. Cənab Prezident, yaxın vaxtlarda Sizinlə görüşməyə ümidvaram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR