Bank Of Baku

Çavuşoğlu: “Qoşulmama Hərəkatı ilə əməkdaşlıq etməyə hazırıq”

Çavuşoğlu: “Qoşulmama Hərəkatı ilə əməkdaşlıq etməyə hazırıq”
# 05 aprel 2018 13:37 (UTC +04:00)

“Qoşulmama Hərəkatının məqsədi ədalət və stabilliyin təbliğidir. Türkiyə də eyni dəyərləri bölüşür. BMT Təhlükəsizlik Şurası bizim maraqlarımıza cavab vermir. Bu qurum bütün dünyanı təmsil etmir. Təhlükəsizlik Şurasında və ümumilikdə bütün BMT-də islahatlar aparılmalıdır”. 

 

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib. 


M. Çavuşoğlu bildirib ki, dünyada bir çox terror təşkilatı var: “Onlardan biri də FETÖ-dür. Bu təşkilat iki il əvvəl Türkiyədə çevriliş etməyə çalışdı. Lakin xalqın iradəsi ilə onların qarşısı alındı. Bu təşkilat dünyada aktivdir. Bəziləri onlara qarşı addımlar atıb. FETÖ hamı üçün təhlükədir. Biz İŞİD-ə qarşı da mübarizə aparırıq. Bunlar qanlı terror təşkilatlarıdır. Biz tək onlara qarşı deyil, onların ideyasına qarşı da mübarizə aparırıq. Dünyada yaxşı terror təşkilatı yoxdur. Biz Qoşulmama Hərəkatı ilə əməkdaşlıq etməyə hazırıq ki, dünyanı bütün insanlar üçün təhlükəsiz yerə çevirək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR