Bakı- APA. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay fevralın 16-da Bakıya gələcək.
APA-nın xəbərinə görə, səfər çərçivəsində C. Appaturayın yüksək səviyyəli rəsmilərlə görüşü gözlənilir.
Qeyd edək ki, C. Appaturay Cənubi Qafqaz ölkələrindən ancaq Azərbaycanda səfərdə olacaq.