Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə səfər edəcək.
APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, nazir fevralın 26-da BMT İnsan Haqları Şurasının 37-ci sessiyasında iştirak və çıxış edəcək.
E. Məmmədyarovun Cenevrədə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.