Bakı - APA. “Prezident İlham Əliyevi 2016-cı ili multukulturalizm ili elan etməsi münasibətilə təbrik edirəm ”.
APA-nın məlumatına görə, bunu Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, bu ayın sonunda Vaşinqtonda keçiriləcək nüvə sammitində də Azərbaycan prezidenti ilə bir araya gələcək: "Bundan başqa, dəyərli qardaşımı 23-24 mayda Türkiyədə keçiriləcək Beynəlxalq Humanitar Sammitə dəvət etdim. Bundan əvvəl - aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbir iştirak üçün Bakıda olacağam. Dekabrda isə Bakı-Tbilisi-Qars dəmir yolunun birgə açılışını həyata keçirəcəyik. 2015-ci ildə əldə olunmuş 1,5 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini qoruyuruq. Qarşılıqlı sərmayələrimiz 13 milyard dollardır, 5 il ərzində bunu 20 milyard dollara çıxarmağı planlaşdırırıq”.
Türkiyə prezidenti Naxçıvanın böyük turizm potensialı olduğunu da qeyd edib.
Ərdoğan: "Azərbaycanla qarşılıqlı sərmayələrimizin həcmini 5 il ərzində 20 milyard dollara çatdırmağı planlaşdırırıq”
15 mart 2016 13:20 (UTC +04:00)
Xarici siyasət
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
22:02
25 may 2024
Azərbaycan XİN İordaniyanın Milli Bayramı münasibətilə təbrik ünvanlayıb
20:14
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024