"Münasibətlərimizin uzun tarixi var. Əsas məsələ müasir dövr münasibətləri və gələcək üçün planlarımızdır”.
APA-nın məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, müstəqilliyin ilk illərindən Gürcüstan Azərbaycan, Türkiyə və İranla bərabər əsasda əlaqələri inkişaf etdirməyə çalışır: “Gürcüstanın ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkür edirik. Biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Sülh, sabitliyi qorumaq uçun ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik. Bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib. Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər. Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır. Müntəzəm görüşlərimizi davam etdirməliyik”.