Bank Of Baku

İran prezident aparatının nümayəndəsi: “Azərbaycanla münasibətlər daha da inkişaf edəcək”

İran prezident aparatının nümayəndəsi: “Azərbaycanla münasibətlər daha da inkişaf edəcək”
# 24 aprel 2017 12:14 (UTC +04:00)

“Azərbaycan və İran arasında əlaqələr yaxın gələcəkdə daha da inkişaf etdiriləcək”. 

 

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İran prezidenti Həsən Ruhaninin ofis direktorunun siyasi məsələlər üzrə müavini  Həmid Abutalibi deyib. O bildirib ki, iki ölkənin əlaqələri hazırda yaxşı səviyyədədir: “Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır. Hazırda  iki ölkənin bir-birinə yaxınlaşması ilə bu, baş verməkdədir. İran və Azərbaycan bir-birinə çox yaxındır”.
 

H. Abutalibi qeyd edib ki, İran Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. O, tezliklə siyasi, iqtisadi, mədəniyyət və turizm sahələri üzrə münasibətlərdə pozitiv dəyişikliklər baş verəcəyini söyləyib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR