Bank Of Baku

İsveçrə Konfederasiyasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

İsveçrə Konfederasiyasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
# 18 aprel 2018 18:44 (UTC +04:00)

İsveçrə Konfederasiyasının prezidenti Alain Berset Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

APA-nın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri.

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur və Sizinlə bu ilin yanvar ayında Davosdakı görüşümüzü məmnunluq hissi ilə xatırlayıram.

 

İsveçrə Federal Şurası adından Sizə Azərbaycan dövlətinin və xalqının rifahı və davamlı firavanlığı istiqamətində bütün işlərinizdə uğurlar arzulayıram.

 

İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur. Mən səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər Sizin Prezidentliyinizin yeni dönəmində də uğurla davam edəcək.

 

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramlarımı qəbul edin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR