Bank Of Baku

Keniyada yol qəzasında 27 nəfər ölüb

Keniyada yol qəzasında 27 nəfər ölüb
# 25 aprel 2017 07:58 (UTC +04:00)

Keniyada avtobus ilə yük maşınının toqquşması nəticəsində azı 27 nəfər ölüb. APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, qəza ötən gecə ölkənin iki böyük şəhəri, Nayrobi və Mombasunu birləşdirən yolda baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, avtobus Mombasu istiqamətində hərəkət edib. Yük maşını isə qarşı tərəfdən gəlib. 

Qeyd edək ki, Keniyada yol-nəqliyyat hadisələri zamanı hər il üç minədək insan ölür. Qəzaların əsas səbəbi sürücülərin yollarda təhlükəli manevrlər etmələri göstərilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR