Bank Of Baku

Kristian Vigenin: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun davam etməsinə göz yuma bilmərik”

Kristian Vigenin: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun davam etməsinə göz yuma bilmərik”
# 26 sentyabr 2017 16:57 (UTC +04:00)

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

MM-dən APA-ya verilən məlumata görə, B. Muradova Azərbaycanın ATƏT və onun bütün qurumları, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir: “Ona görə də problemin həllinə diqqət daha da artırılmalıdır. Yaxşı haldır ki, ATƏT PA-nın xüsusi nümayəndəsi ilə Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri haqqında bir-birilərini məlumatlandırmaq qərarını veriblər”.

 

Kristian Vigenin isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir. O əlavə edib ki, təmsil etdiyi qurum Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməlidir: “Problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik. Problemin həllinə nail olmalıyıq”.

 

Daha sonra qonaq Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR