Bank Of Baku

Luis Çanq Boldrini: “Azərbaycanla Peru arasında ticarət dövriyyəsinin artımı üçün çalışırıq”

Luis Çanq Boldrini: “Azərbaycanla Peru arasında ticarət dövriyyəsinin artımı üçün çalışırıq”
# 30 may 2018 18:48 (UTC +04:00)

Azərbaycan coğrafi olaraq bizim üçün çox maraqlı mövqedə yerləşir.

 

APA-nın xəbərinə görə, bunu Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis  Çanq Boldrini jurnalistlərə açıqlamasında deyib. 

 

"Biz görürük ki, Azərbaycan həm Şimal-Cənub həm Şərq-Qərb dəhlizlərindən,  həmçinin neft-qazından səmərli istifadə edir.  Bu, Azərbaycan xalqının maraqları, sosial rifahı naminə istifadə edilir", - deyə Boldrini bildirib. 

 

Cənab Boldrini qeyd edib ki, Cənub Qaz dəhlizinin işə salınması Azərbaycan üçün uzunmüddətli yeni gəlir mənbəyini  təmin edəcək: "Sizin  təbii ehtiyatlarınız Azərbaycan  xalqının  rifahı naminə istifadə ediləcək. Biz Azərbaycanla ticarət  münasibətlərinin hələ başlanğıcındayıq, bu istiqamətdə işlər görürük. Ölkələrimiz  arasında ticarət dövriyyəsinin həcmi hələ də azdır, amma bunun artımı üçün çalışırıq".

 

L.Ç.Boldrini bildirib  ki, hazırda  hər iki hökumət  arasında bir neçə sazişlər müzakirə edilir: "Bu sazişlər vasitəsilə iki ölkə arasında həm siyasi, həm iqtisadi sahələrdə  yüksək əlaqələr qurulacaq.  Bundan başqa, elm, müdafiə sahələrində,  beynəlxalq təşkilatlar  çərçivəsində də bir çox işlər üzərində çalışa bilərik".

 

Azərbaycana yeni səfir təyinatının iki ölkə  arasında  əməkdaşlığı intensivləşdirəcəyini vurğulayan cənab Boldrini bildirib ki, mədəniyyət, turizm sahəsinə dair sazişlər üzərində də işlər aparılır və  bu sahələr beynəlxalq əməkdaşlığın mühüm sektorlarıdır: " Ümid edirəm ki, qısa zamanda bu işlərlə bağlı konkret nəticələr əldə edəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR