Bank Of Baku

Milli Məclisin üzvləri Çexiyaya səfər edəcək

Milli Məclisin üzvləri Çexiyaya səfər edəcək
# 21 aprel 2017 15:34 (UTC +04:00)

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Mahir Aslanov, İqbal Məmmədov, Elçin Quliyev Çexiya parlamentinin Kənd Təsərrüfatı Komitəsinin sədri Yaroslav Faltinekin dəvəti ilə martın 23-dən 26-dək Praqada səfərdə olacaqlar.


Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı deputatlar Çexiya parlamentinin rəhbərliyi, Aqrar komitənin üzvləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə kənd təsərrüfatı sahəsinin qanunverilicik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq, habelə əməkdaşlıq  əlaqələrinin inkişafı barədə danışılacaq.


Millət vəkilləri Çexiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış müxtəlif  şirkətlərinin, o cümlədən “AGROFERT” konserninin fəaliyyəti, iş təcrübəsi ilə yaxından tanış olacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR