Bank Of Baku

MM üzvləri Strasburqa səfər edəcəklər

MM üzvləri Strasburqa səfər edəcəklər
# 02 fevral 2018 13:22 (UTC +04:00)

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər.

 

Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.
 

Səfər fevralın 9-da başa çatacaq.

 

Xatırladaq ki, komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyev Fransada səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR