Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik əlaqələrin qurulması münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, S. Elbeqdorjun məktubunda deyilir:
“Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək. Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram”.