Bank Of Baku

Moskvada Rusiya və İtaliya XİN rəhbərləri arasında görüş keçirilir

Moskvada Rusiya və İtaliya XİN rəhbərləri arasında görüş keçirilir
# 01 fevral 2018 09:27 (UTC +04:00)

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano arasında görüş keçirilir.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, görüşdə əsas diqqət 2018-ci ilə görüləcək iş planına, o cümlədən ATƏT regionunda təhlükəsizlik, inamın bərpa olunması, eləcə də terrorla, narkotrafiklə və kiber təhlükə ilə mübarizəyə yönələcək.
 

S. Lavrov çıxışında İtaliyanın ATƏT-in fəaliyyəti ilə bağlı planını müsbət qiymətləndirdiyini deyib: "Xüsusi qeyd etmək istəyirəm ki, sizin ATƏT məkanında miqrasiya böhranı ilə bağlı planınızı dəstəkləyirik. Bugünkü görüşdə də İtaliyanın ATƏT-ə sədrlik dövründə planlaşdırdıqları işləri eşitməyə hazırıq". 


A. Alfano isə çıxışında ATƏT-ə sədrliyin çox böyük məsuliyyət olduğunu söyləyib: "Biz bunda strateji imkanlar görürük".

 
Qeyd edək ki, Lavrov-Alfano görüşündə ATƏT məkanındakı münaqişələrin, o cümlədən Ukrayna, Dnestryanı və Dağlıq Qarabağ ixtilafının nizamlanmasına da toxunulacaq. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriəcəklər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR