Bank Of Baku

Müdafiə naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
# 25 sentyabr 2017 15:32 (UTC +04:00)

Sentyabrın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.


Tərəflər həmçinin yaxın vaxtlarda Azərbaycanın Müdafiə nazirinin Belarusa planlaşdırılan səfərinin detallarını və keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələləri də müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR