Bank Of Baku

Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
# 07 fevral 2018 09:18 (UTC +04:00)

Fevralın 7-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

 

Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR