Bank Of Baku

Nazir: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir"

Nazir: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir"
# 09 aprel 2018 15:43 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rəşid Alimov Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmizdə keçirilən prezident seçkilərini müşahidə etməsi üçün yaradılan şəraitə görə təşəkkürünü ifadə edib, bununla əlaqədar  məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və  seçkilərin müşahidəsi üçün lazımı hazırlıq tədbirləri gördüklərini qeyd edib.

 

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı olduğunu bildirən baş katib son dövrlər Azərbaycanın təşkilat çərçivəsində keçirilən mədəni və ictimai tədbirlərdə fəal iştirakını təqdir edib.

 

Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə baş katib R. Alimova təşəkkürünü bildirən E.Məmmədyarov Azərbaycanın təşkilatla əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu vurğulayıb.

 

E. Məmmədyarov Azərbaycanın ŞƏT üzv dövlətlərlə ikitərəfli səviyyədə dostluq və tərəfdaşlıq əlaqələrinə malik olduğunu qeyd edərək ölkəmizin iştirakı ilə həyata keçirilən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizi layihələrinin ŞƏT çərçivəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını nəzərə çatdırıb.

 

Görüş əsnasında ŞƏT haqqında Azərbaycan ictimaiyyətində məlumatlandırmanın artırılması və ictimai diplomatiya təyinatlı layihələrin həyata keçirilməsi məsələsinə də toxunulub.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR