Bank Of Baku

Prezident İlham Əliyev “Royal Phillips” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev “Royal Phillips” şirkətinin baş icraçı direktoru ilə görüşüb
# 22 yanvar 2018 20:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.

 

APA-nın məlumatına görə, Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğulayıb.

 

Prezident İlham Əliyev Azərbaycan ilə “Royal Phillips” şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd edib. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR