Bank Of Baku

Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib
# 01 iyun 2018 16:08 (UTC +04:00)

Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya məktub ünvanlayıb.

 

APA-nın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident!

 

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

Azərbaycan ilə İtaliyanı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır.

 

İnanıram ki, dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətindəki səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR