Bank Of Baku

Prezident İlham Əliyev Nepal xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Nepal xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 05 aprel 2018 12:15 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkili və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Nepalın xarici işlər naziri konfransın açılış mərasimində prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını deyib.

 

Əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayan nazir turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.

 

İkitərəfli əlaqələrin məmnunluq doğurduğunu, iqtisadi, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanların mövcudluğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, ölkələrimiz BMT çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Dövlət başçısı Qoşulmama Hərəkatında həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 

*** 11.36

 

Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavali ilə görüşüb.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR