Bank Of Baku

Ramil Həsənov beynəlxalq təşkilatın vitse-prezidenti seçilib

Ramil Həsənov beynəlxalq təşkilatın vitse-prezidenti  seçilib
# 31 yanvar 2018 17:21 (UTC +04:00)

Türk Şurasının Baş katibi Ramil Həsənov  "İdman Bütövlüyü üzrə Qlobal Alyans"ın (SİGA)  vitse-prezidenti vəzifəsinə seçilib.

 

Bu barədə APA-ya Türk Şurasının İstanbuldakı mərkəzindən daxil olan məlumatda SİGA-nın  yanvarın 31-də Romada keçirdiyi və 100-dən  çox  ölkədən idman sahəsində yüksək vəzifəli nümayəndənin və  idman təşkilatları rəhbərlərinin iştirak etdiyi qurultayında seçildiyi bildirilib.

 

SİGA  idmanda dürüstlük və etik qaydalara əməl edilməsi məqsədi ilə qurulub. Təşkilatın hazırkı prezidenti Avropa İttifaqının nüfuzlu siyasətçilərindən olan İtaliyanın keçmiş xarici işlər naziri və Avropa Komissiyası sədrinin keçmiş müavini Franko Frattinidir. Qurumda müxtəlif nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri təmsil edilməkdədir.

 

Ramil Həsənov SİGA-nın Romadakı qurultayı ərəfəsində və Alyansın vitse-prezidenti seçiləndən sonra ikitərəfli görüşlər keçirərək Türk Şurası ilə  beynəlxalq təşkilatlar arasında  müxtəlif sahələrdə  əməkdaşlığını inkişaf etdirilməsi məsələlərini müzakirə  edib. Baş katibin keçirdiyi görüşlərdə Türk Şurasının layihə direktoru Əli Çivilər və protokol müdirinin müavini Araz Salmanov iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR