Bakı. Məlahət Nəcəfova - APA. 2016-cı il Türkiyə və Azərbaycan münasibətləri baxımından enerji və daşınma ili olacaq.
APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
O, bəzi spekulyasiyalara baxmayaraq, TANAP-ı da bitirəcəklərini bildirib: "Bu il Bakı-Tbilisi-Qars dəmiryol xəttini açacağıq. Yalnız Türkiyə ilə bağlı məsələlər qalır. Əslində işlər ötən il bitməli idi. Lakin bəzi hüquqi problemlər çıxdı. Amma işlər bu il bitəcək".
Səfir Yüksək səviyyəli əməkdaşlıq Şurasının Bakı görüşü ilə bağlı hazırlıqların da davam etdiyini deyib.
Səfir: "2016-cı il Türkiyə və Azərbaycan münasibətləri baxımından enerji və daşınma ili olacaq"
29 yanvar 2016 06:54 (UTC +04:00)
Xarici siyasət
Ceyhun Bayramov Gürcüstana səfər edəcək
14:19
26 iyun 2024
Türkiyə MN Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
11:35
26 iyun 2024
Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb
10:34
26 iyun 2024
ABŞ və Rusiya müdafiə nazirlərinin telefon danışığı olub
23:23
25 iyun 2024