"İstərdik ki, Almaniya ilə Türkiyə arasındakı gərgin diplomatik münasibətlər tezliklə normallaşsın".
APA-nın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Mixael Kindsqrab deyib.
"Bizim federal kansler də dəfələrlə vurğulayıb ki, Almaniya-Türkiyə əlaqələrinin inkişafında daha intensiv işlər görülməlidir", - deyə səfir əlavə edib.