Bank Of Baku

Səfir: “Türkiyə Ceyrançöl layihəsinin ikinci fazasına 200 min avro töhfə verib”

Səfir: “Türkiyə Ceyrançöl layihəsinin ikinci fazasına 200 min avro töhfə verib”
# 26 sentyabr 2017 09:12 (UTC +04:00)

“Ceyrançöl layihəsi Türkiyə üçün önəm kəsb edir”.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq etimad fondu layihələrinin perspektivləri" adlı tədbirdə çıxışı zamanı deyib.

 

Səfir bildirib ki, Türkiyə Ceyrançöl layihəsinin 2-ci fazasına 200 min avro töhfə verib: Biz 3-cü fazanın icrasına da dəstək veririk. Minadan təmizləmə digər sahələrdə, Cocuq Mərcanlıda da davam edib. Bu da əhalinin həmin yerlərə sağ salamat qayıtmasına şərait yaradır. Ceyrançol layihəsinin 2018-ci ilə başa çatması nəzərdə tutulub”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR