Bank Of Baku

Səməd Seyidov: “Azərbaycan Avropaya təhlükəsizlik gətirir”

Səməd Seyidov: “Azərbaycan Avropaya təhlükəsizlik gətirir”
# 05 dekabr 2017 08:17 (UTC +04:00)

“Azərbaycanın Avropa ilə yaxınlaşmaqda strateji məqsədləri var”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Tbilisidə  keçirilən “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransında deyib. O bildirib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilmiş və gələcəkdə reallaşdırılacaq layihələr ölkəni Avropa ilə yaxınlaşdırır: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regionu Avropaya, Avopanı isə regiona yaxınlaşdırır”.
 
S. Seyidov qeyd edib ki, rəhbərlik etdiyi parlament komitəsi Aİ üzv ölkələri ilə 10 qarşılıqlı strateji sazişi ratifikasiya edib: “Bu əhəmiyyətli sənədlər Azərbaycanın Avropadan uzaq deyil, yaxın olduğunu göstərir”.
 
S. Seyidovun sözlərinə görə, Azərbaycan Avropaya təhlükəsizlik gətirir: “Azərbaycan Avropaya milyon dollarla investisiyalar yatırır və alternativ təhlükəsiz qaz kəməri ilə təmin edir. Azərbaycan qonşu ölkələr, ilk növbədə Gürcüstan və Türkiyə ilə qarşılıqlı münasibətləri əsasında bütün dünyaya nümunə göstərir.” 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR