Bank Of Baku

Səməd Seyidov “Şərq tərəfdaşlığı” sammitini pozitiv qiymətləndirib

Səməd Seyidov “Şərq tərəfdaşlığı” sammitini pozitiv qiymətləndirib
# 05 dekabr 2017 09:02 (UTC +04:00)

 “Noyabrın 24-d Brüsseldə keçirilmiş “Şərq tərəfdaşlığı” sammitini effektiv və pozitiv qiymətləndirmək olar”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Tbilisidə  keçirilən “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransında deyib. O bildirib ki, bu sammitdə  daha praqmatik yanaşmanın şahidi olub: “Sammitdə “Şərq tərəfdaşlığı” ölkələrinə hörmət nümayiş etdirildi və bəzi ambisiyalar aradan qaldırıldı. Avropa İttifaqının proqrama üzv ölkələrə realist yanaşması ideyaların reallaşdırılmasını daha da asanlaşdıracaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR