Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib.
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
S. Heydərov deyib ki, bir uşaq artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunub: "19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq".