Bakı. Məlahət Nəcəfova - APA. Noyabrın 26-27-də Tbilisidə 6-cı Qeyri-Formal Şərq Tərəfdaşlığı Dialoqu keçiriləcək.
Avropa Komissiyasının Genişləndirmə və qonşuluq siyasəti üzrə ofisindən APA-ya verilən məlumata görə, komissar Yohannes Hanın da qatılacağı görüşdə Azərbaycan da daxil olmaqla, "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan 6 ölkənin xarici işlər nazirləri və yüksək vəzifəli şəxsləri iştirak edəcək.
Məlumata əsasən bu dialoq hər altı aydan bir "Şərq Tərəfdaşlığı" ölkələrindən birinin ev sahibliyi ilə keçirilir.