"Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi böyük tarixi hadisədir".
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü Türkiyə Cümhuriyyətinin elan olunmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə deyib.
Səfirin sözlərinə görə, dəmir yolu layihəsinin həyata keçirilməsi Türkiyə, Gürcüstan və Azərbaycan arasında uğulu əməkdaşlığın bariz nümunəsidir: "Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıdakı rəsmi açılış mərasimini böyük fəxrlə izlədik. Bu dəmir yolu tarixi "İpək yolu"nun vacib hissəsidir".