Bank Of Baku

Ziyafət Əsgərov Rusiyada seçkilərin monitorinqinə dair dəyirmi masada iştirak edib

Ziyafət Əsgərov Rusiyada seçkilərin monitorinqinə dair dəyirmi masada iştirak edib
# 22 fevral 2018 08:22 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Şurası (PA) Katibliyinin təşkilatçılığı ilə beynəlxalq müşahidəçilər üçün Rusiyada prezident seçkilərinin monitorinqi məsələlərinə dair dəyirmi masa keçirilib.

 

MDD PA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dəyirmi masada MDB PA-dan olan müşahidəçilər qrupunun əlaqələndiricisi, Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, MDB PA-nın müşahidəçilər qrupuna daxil olan beynəlxalq müşahidəçilər, seçki komissiyalarının, Sankt-Peterburqun və Leninqrad vilayətinin ictimai palatalarının nümayəndələri, ekspertlər iştirak ediblər.

 

Ziyafət Əsgərov qrupun vəzifələrindən danışaraq müşahidənin uzunmüddətli və qısamüddətli mərhələlərinin xüsusiyyətləri üzərində ətraflı dayanıb.

 

MDB PA-dan olan müşahidəçilər qrupunun üzvləri uzunmüddətli monitorinq çərçivəsində Rusiyanın Mərkəzi, Sibir və Cənub federal dairələrinə səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

 

Dəyirmi masanın işi MDB PA DİMBİ-nin eksperti, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenkonun “Birlik dövlətlərində seçki prosesləri” seriyasından “Prezident hakimiyyəti təsisatı” monoqrafiyasının təqdimatı ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR