Bank Of Baku

XİN başçısı: “Azərbaycanla Türkiyənin gələcəyi birdir”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 10 fevral 2022 12:19 (UTC +04:00)

“Azərbaycanla ortaq, ümumi maraqlarımız var”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haberə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycanla Türkiyənin gələcəyi birdir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi və qardaşlığının da bu münasibətlərə təsirini görürük. Mən də siyasətə atıldığım gündən indiyədək Türkiyənin maraqları qədər, beynəlxalq platformalarda qardaş Azərbaycanını maraqlarının müdafiəsi üçün də fəaliyyət göstərmişəm. Azərbaycan tərəfi də bunu edib. Bizim olmadığımız yerlərdə başda İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız da Türkiyənin haqqını müdafiə edib. Bu, əslində qədimdən bəri yürüdülən siyasətin Şuşa Bəyannaməsi ilə kağıza köçürülməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR