Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının yaradılması günüdür. Bu münasibətlə diplomatik xidmət orqanlarının əməkdaşları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
APA xəbər verir ki, XİN bu barədə “Twitter” səhifəsində paylaşım edib.
“9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə XİN-in rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib”, - paylaşımda qeyd olunub.