Noyabrın 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların iki ölkənin sərhədində baş tutan görüşü konstruktiv mühitdə keçib.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Noyabrın 30-da sərhəd delimitasiyası üzrə iki ölkənin komissiyalarının, Baş nazir müavinlərinin rəhbərliyi ilə sərhəddə görüşməsi o istiqamətdə müzakirələrin həyata keçirilməsi, həmin müzakirələr kifayət qədər konstruktiv mühitdə keçib. Orada bəlli bir prosedur xarakterli razılıqlar əldə edilib. Komissiyanın işinin reqlamentinin müəyyən edilməsinə dair tərəflər qarşılıqlı şəkildə sənəd mübadilələrini həyata keçiriblər”, - nazir qeyd edib.