Bank Of Baku

XİN rəhbəri TRIPP-lə bağlı prosesin getdiyini və sənədlərin hazırlandığını açıqlayıb

Xarici işlər naziri Ceyhun Bayramov

© APA | Xarici işlər naziri Ceyhun Bayramov

# 09 iyul 2026 09:57 (UTC +04:00)

Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi bizə bildirilib.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, ötən il Vaşinqton sammitinin çox önəmli nəticələrindən biri Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin razılaşdırılması olub.

“ABŞ da bunu dəstəkləyir. Bu istiqamətdə danışıqlar ABŞ-la Ermənistan arasında aparılır. Ancaq eyni zamanda TRIPP-ın giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə biz ABŞ-dan olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir. Gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdə yaxın aylar ərzində növbəti xəbərlər olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR