Bank Of Baku

XİN: Rusiya Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli sazişləri inkar etmək cəhdlərini təhlükəli hesab edir

XİN: Rusiya Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli sazişləri inkar etmək cəhdlərini təhlükəli hesab edir
# 14 dekabr 2023 19:45 (UTC +04:00)

Rusiya Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli sazişləri inkar etmək cəhdlərini təhlükəli hesab edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internen səhifəsində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova adından Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı yayılan bəyanatda bildirilib.

Zaxarova bildirib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər qüvvədə qalır:

"Tərəflər imzalarını geri götürməyiblər və biz, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması səbəbindən bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR