XİN: Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub

XİN: Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub
# 02 aprel 2024 19:09 (UTC +04:00)

Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Bu gün daha 4 nəfər minanın qurbanı olub. Ermənistan tərəfinin minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina etməsi Azərbaycan ərazilərində genişmiqyaslı təmir-bərpa işlərinin aparılması ilə yanaşı, məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olur, o cümlədən regionda sülhyaratma prosesinə xələl gətirir. Beynəlxalq ictimaiyyət Azərbaycanda minaların yaratdığı təhlükənin aradan qaldırılması üçün gücünü birləşdirməlidir”, XİN-dən bildirilib.

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR