Bank Of Baku

Xüsusi nümayəndə: Aİ Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono

© APA | Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono

# 04 sentyabr 2025 16:37 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfərinin yekunlarına dair paylaşım edib.

APA xəbər verir ki, o, özünün “X” hesabında Ermənistan rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi, gələcəkdə mümkün sərhəd əməkdaşlığı barədə fikir mübadiləsi apardığını bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda iki ölkə arasında əldə olunan razılaşmalardan sonra sülh prosesinin gedişatı müzakirə olunub.

“Aİ yaxın tərəfdaş kimi, davamlı sülhə doğru konkret addımların və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək”, - diplomat qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR