10-11 iyul tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərində Ukrayna Bərpa Konfransında iştirak edib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sayca 4-cü olan cari ilki konfransda 56 dövlət, 27 beynəlxalq təşkilat və maliyyə institutu, eləcə də 120 şirkət təmsil olunub.
Nazir müavini Y. Rəfiyev çıxışı zamanı Ukraynadakı müharibənin regionda sülh və təhlükəsizliyə ciddi zərər verdiyini bildirib.
Çıxışda Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi ifadə olunub.
Davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğu qeyd edilərək, Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyi diqqətə çatdırılıb.
Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün ölkəmiz tərəfindən həyata keçirilən tibbi və sosial-psixoloji reabilitasiya proqramından faydalanmış uşaqların sayının ötən ilki Bərpa Konfransından bu günədək iki dəfə artırıldığı və ümumilikdə 330 uşağın sözügedən proqramda iştirak etdiyi bildirilib.
Nazir müavini işğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın Ukraynaya minatəmizləmə sahəsində yardım göstərdiyini və yaxın zamanda ANAMA xətti ilə müvafiq ehtiyat hissələri və təlimin təmin olunacağı barədə məlumat verib.
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının, şəhər poliklinikasının və parkın yenidənqurma işlərinin artıq yekunlaşdığı, habelə Kiyev şəhərində park və uşaqlar üçün sığınacağın bərpasının maliyyələşdirildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, İrpen şəhərində dörd sosial təyinatlı obyektin inşası ilə bağlı müvafiq işlərin davam etdiyi bildirilib.
Nazir müavini ölkəmizin bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcəyini nəzərə çatdırıb.
Konfrans çərçivəsində Y.Rəfiyev Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb və Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə dair gələcək planlarla bağlı söhbət aparıb.
Nazir müavini həmçinin 11 iyul tarixində İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Azərbaycan və İtaliya arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Görüşdə Azərbaycan və İtaliyanın nümunəvi əməkdaşlıq sərgilədiyi qeyd olunaraq, siyasi və iqtisadi münasibətlərlə yanaşı mədəni-humanitar əlaqələrin artan xətlə inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Yalçın Rəfiyev Ukrayna Bərpa Konfransında iştirak edib - FOTO
Xarici siyasət
Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib
Kırçın vadisindən “Bişkek Arena”ya: köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
Bişkekdə ŞƏT sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilir - VİDEO
Bu gün Bişkekdə ŞƏT sammiti öz işinə başlayır - VİDEO
Xəbər Lenti
Naxçıvanda fövqəladə hadisələrlə bağlı qərargah məşqi keçirilib
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu günün valyuta məzənnələri
Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşıb
Kırçın vadisindən “Bişkek Arena”ya: köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
Bişkekdə ŞƏT sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilir - VİDEO
Bu gün Bişkekdə ŞƏT sammiti öz işinə başlayır - VİDEO
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
ABŞ Dövlət Departamenti İraqa 800 milyon dollarlıq helikopter satışını təsdiqləyib
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Hörmüz boğazında keçən daha bir tanker hücuma məruz qalıb
Vens: ABŞ-ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib
Şəkidə oteldə yanğın olub, beş nəfər təxliyə olunub
ABŞ Ali Məhkəməsi Ağ Evdə banket zalının tikintisinin davam etdirilməsinə icazə verib
Tramp ABŞ-ın İrana zərbələri davam etdirə biləcəyini istisna etməyib
ABŞ Quru Qoşunları naziri Daniel Driskoll istefa verib
Tramp digər ölkələrin ABŞ-a hücum etməyəcəyinə əmindir
Tramp: Gecə ərzində Hörmüz boğazından təxminən 30 gəmi keçir
KİV: ABŞ Hörmüz boğazı ərazisində İrana məhdud zərbələr endirə bilər
NATO və AB İspaniya və Yunanıstandan Ukraynaya “Patriot” raketlərinin verilməsini tələb edir
İsmayıllıda yanğın hadisəsi olub
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimindən paylaşım edilib
Rusiyada qaz-kondensat yatağında partlayış olub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb
İlham Əliyev və Nikol Paşinyanın Bişkek görüşü dünya mediasının diqqətində – əsas vurğular nələr olub?
Ermənistan XİN başçısı: Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq
Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan sərhədinə aparan dəmir yolunun bərpasını müzakirə etməyə hazırdır
İran ordusunun Baş Qərargahı ötən gecə baş verən hadisələrlə bağlı bəyanat yayıb
ABŞ-ın İrana hücumunda ölənlərin sayı artıb
Azərbaycanlı jurnalistlər Yerusəlimin İçərişəhərindəki müqəddəs məkanları ziyarət edib
Bessent G20 sammiti çərçivəsində Siluanovla Trampın sülh planını müzakirə edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
Azərbaycanlı jurnalistlər Holokost Qurbanlarının Ümumdünya Xatirə Mərkəzində olublar
FHN hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Medianın İnkişafı Agentliyi Britaniyanın bəzi qəzetlərində ölkəmizlə bağlı dərc edilən materiallara münasibət bildirib
Kiyev və Vaşinqton Trampın nümayəndələrinin Ukraynaya səfərinin tarixini razılaşdırır
Messi milli komandadakı karyerasını başa vurub
Prezident İlham Əliyev Pezeşkiana: Azərbaycan suyundan iç - VİDEO
Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - VİDEO - YENİLƏNİB-1
Nepal-Çin sərhədində baş verən daşqınlarda ölü sayı 955 nəfərə çatıb
Ali Məhkəmədə Çinin Baş prokuroru ilə görüş keçirilib
Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək