YAP ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb

YAP ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb
# 20 noyabr 2023 18:54 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanıb.

YAP-dan APA-ya verilən xəbərə görə, Vyetnam Sosialist Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq arasında görüş keçirilib.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişini YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və VKP Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq imzalayıblar.

Le Hoay Çunq Vyetnamın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Qeyd edib ki, istər Azərbaycan, istərsə də Vyetnam müstəqil siyasət yürüdən dövlətlər kimi beynəlxalq münasibətlər sistemində ədalət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasi nizamın tərəfdarlarıdır: “Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması əlamətdar hadisədir. Bu genişmiqyaslı əməkdaşlıq çərçivəsində görəcəyimiz işlər həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olacaq, müəyyənləşdirdiyimiz hədəflərin gerçəkləşməsini təmin edəcək”.

Tahir Budaqov deyib ki, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında münasibətlərin inkişafın diqqət mərkəzindədir: “Biz dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın genişlədirilməsi yönündə müvafiq addımlar atırıq. YAP ilə VKP ikitərəfli əlaqələrlə yanaşı, ICAPP çərçivəsində də səmərəli işbirliyi həyata keçirir".

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR