Yunanıstan səfiri Azərbaycanla əməkdaşlığın güclənəcəyinə ümid edir - FOTO

Yunanıstan səfiri Azərbaycanla əməkdaşlığın güclənəcəyinə ümid edir - FOTO
# 27 aprel 2022 17:20 (UTC +04:00)

Yunanıstan və Azərbaycan qədim tarixi əlaqələrə malikdir.

APA xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Nikos Piperikos Mədəniyyət və İncəsənət Universitetində keçirilən Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş sərgidə deyib.

“Mədəni əlaqələrimiz zəngindir. Yunanıstan tarixinə, qədim mədəniyyətinə Azərbaycanda, Azərbaycan sənətkarları arasında hər zaman xüsusi maraq olub”, - səfir bildirib.

Diplomat tarixi əlaqələrə toxunub, Yunanıstan hökmdarlarının Cənubi Qafqazla, Azərbaycanla əlaqələri barədə danışıb: “1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub, 1993-cü ildə ölkəmiz Azərbaycanda öz səfirliyini açıb. Bu, Yunanıstanın Cənubi Qafqazda ilk səfirliyi olub. Növbəti illərdə əməkdaşlığın güclənəcəyinə, dərinləşəcəyinə ümid edirəm”.

Sərgidə Mədəniyyət və İncəsənət Universitetinin rektoru çıxış edib. Rektor bildirib ki, azərbaycanlı gənc rəssamlar arasında yunan mədəniyyətinə, mifologiyasına xüsusi maraq var.

Layihənin koordinatoru Sevil Kərimova qeyd edib ki, həm Universitetin 100 illiyi, həm də Azərbaycanın bir sıra ölkələrlə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə Universitet Azərbaycandakı xarici ölkələrin diplomatik missiyaları ilə ortaq layihələr keçirir və indiyə qədər Macarıstan, Yunanıstan səfirlikləri birgə tədbirlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR