Bank Of Baku

Zaxarova Azərbaycan və Ermənistanın “Maqnitski Aktı"na qoşulan ölkələr siyahısından çıxarılmasına münasibət bildirib

Zaxarova Azərbaycan və Ermənistanın “Maqnitski Aktı"na qoşulan ölkələr siyahısından çıxarılmasına münasibət bildirib
# 20 dekabr 2023 17:20 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistanın “Avropa Maqnitski Aktı" sanksiyasına qoşulan ölkələrin siyahısında peyda olması və daha sonra çıxarılmasına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN sözçüsü məlum addımı hoqqabazlıq və Brüssel siyasətində neokolonial düşüncə nümunəsi adlandırıb.

"Bu, Qərb ictimaiyyətinin bu ölkələrdən (Ermənistan və Azərbaycandan-red) istədiyidir, onlar arasında nizamlanma prosesinə qarışmağıdır. Yeganə məqsəd uzunmüddətli münaqişəni həll etməmək, növbəti dəfə anti-Rusiya zirvəsini ələ keçirməkdir", deyə Zaxarova vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR